14 C
Baku
Sunday, November 24, 2024

ABŞ-ın ticarət kəsiri 1 trln. dollara çatır

2022-ci ildə ABŞ-ın ticarət kəsiri 948.1 milyard dollara çatıb, il ərzində bu rəqəm 12.2% artıb. Bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatlarına istinadən “The Wall Street Journal” (WSJ) yazır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, dekabrda balansın kəsiri 67.4 milyard dollar təşkil edib. Noyabr ayı ilə müqayisədə ixrac 0.9% azalıb, idxal isə 1.3% artıb. “WSJ”nin məlumatına görə, istehlak mallarına və avtomobillərə tələbatın artması nəticəsində idxal göstəriciləri yaxşılaşıb.

“The New York Times” (NYT) qeyd edir ki, ABŞ-ın Meksika, Kanada, Hindistan, Cənubi Koreya, Vyetnam və Tayvanla ticarət kəsiri 2022-ci ildə əhəmiyyətli dərəcədə artıb. Bu, Amerika istehsalçılarının xarici məhsulların tədarükü üçün yeni kanallar axtarması səbəbindən baş verib. Öz növbəsində ABŞ-ın Çinlə ticarət kəsiri 382.9 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 8.3% çoxdur.

“NYT” tərəfindən sorğulanan analitiklər hesab edirlər ki, artan ticarət kəsiri ABŞ iqtisadiyyatının koronavirus pandemiyasının yaratdığı böhrandan sonra bərpa olunduğunu göstərir. Həmçinin, onların fikrincə, buna Ağ Evin Çinlə ticarətə məhdudiyyətlər tətbiq etməsi səbəb olan ticarət zəncirlərinin yenidən qurulması təsir edib.

Son xəbərlər
Digər xəbərlər