6 C
Baku
Wednesday, January 15, 2025

ABŞ-ın ticarət naziri Çində səfərdədir

ABŞ-ın ticarət naziri Cina Raymondo Çində səfərdədir.

Ötən gün Pekinə gedən ABŞ-ın ticarət nazirinin dörd günlük səfərinin məqsədi dünyanın iki nəhəng iqtisadiyyatı arasındakı əlaqələri gücləndirmək xarakteri daşıyır.

Məlumata görə, Cina Raymondo Çin Ticarət Nazirliyinin rəsmisi Lin Fenq tərəfindən qarşılanıb. ABŞ-ın ticarət naziri Şanxaya yola düşməzdən əvvəl bu gün və sabah Pekində Çin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Onu, həmçinin ABŞ-ın Çindəki səfiri Nikolas Börns də müşayiət edəcək.

Çin rəsmiləri ilə danışıqlara başlayan ABŞ-ın ticarət nazirinin sözlərinə görə, dünyanın iki ən böyük iqtisadiyyatı arasında sabit iqtisadi əlaqələrin olması bütün dünya üçün son dərəcə mühümdür.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər