28 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın “Trammo” korporasiyası Batumi limanında yeni terminalın tikintisinə 20 mln. dollar ayıracaq

ABŞ-ın “Trammo” korporasiyası Gürcüstanın Batumi limanında yeni terminalın tikintisinə 20 mln. dollar ayıracaq.

Bu barədə şirkətin baş icraçı direktoru Edvard Veyner Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə Nyu-Yorkda baş tutan görüşdə bildirib.

Onun sözlərinə görə, yeni terminal Asiya və Avropa bazarlarının əlaqələndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, “Forbes”in reytinq cədvəlinə  görə “Trammo” ABŞ-ın 58-ci ən böyük korporasiyasıdır.

©APA

Son xəbərlər
Digər xəbərlər