-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbəri lirəni ucuzlaşdırıb

Reuters” informasiya agentliyinin ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı yayımladığı xəbərdən sonra ölkənin milli valyutası lirəni təziyiq altına salıb, bir qədər ucuzlaşıb. Bəzi saatlarda 1 dollar 8 lirəni ötüb.

Banker.az-ın xəbərinə görə “Bigpara”nın Bakı vaxtı ilə 14:26 raələrinə olan göstəricisinə görə USD/TRT (dollar/lirə) valyuta cütlüyünün məzənnəsi 7.9757 olmuşdur. Bu isə gün ərzində ABŞ valyutasının lirə qarşısında 1.05% bahalaşması deməkdir. Lakin, bildirməliyik son 2 saatlarda lirənin əvvəlki səhər saatlarda olan məzənnəsinə doğru qayıtdığı müşahidə edilir.

Amerika Birləşmiş Ştatları Türkiyəyə Rusiyadan S-400 raket sistemləri aldığına görə sanksiyalar tətbiq edəcək. “Reuters” agentliyi bunu üçü ABŞ rəsmiləri olmaqla beş mənbəyə istinadla yazır və bu addımın iki NATO müttəfiqinin onsuz da problemli münasibətlərini pisləşdirəcəyini vurğulayırb

Mənbələrin Reuters-ə deməsinə görə, Türkiyənin Müdafiə Sənayesi Prezidentliyi və onun başçısı İsmayıl Demirə sanksiya tətbiq olunacaq. Bu, bəzi təhlilçilərin proqnozlaşdırdığı daha kəskin ssenarilərdən məhdud görünür.

Anonimlik şərtilə danışan ABŞ rəsmisi deyib ki, Prezident Donald Tramp köməkçilərinə sanksiyaların tətbiqinə razılıq verib.

Bloomberg qeyd edir ki, bu sanksiyaların detallarının nə qədər önəmli olduqlarını aydınlaşdırmaq lazımdır.

Sanksiyalar fərdi şəxslərə qarşı yönəldilibsə, bunun o qədər də əhəmiyyəti olmayacaq; bu əsasən simvolik bir jestə bənzəyir.

Ancaq bu sanksiyalar ölkəyə qarşı yönəldilirsə, Türkiyənin milli valyutası lirə problemlərlə üzləşə bilər.

Son xəbərlər
Oxşar xəbərlər