10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın vitse-prezidenti naməlum səbəbdən İndianaya səfərini ləğv edib

ABŞ-ın vitse-prezidenti Maykl Pens cümə günü İndiana ştatına səfəri planını ləğv edib və Vaşinqtona qayıdır.

Bu barədə Pensin mətbuat katibi Devin O Meliyə istinadən CNN teleşirkəti bildirib.

O, İndianapolisə (İndiana ştatı-red) planlaşdırılmış səfərin ləğv olunmasının səbəbini açıqlamayıb. Arizona ştatında jurnalistlərlə əlaqə saxlayan O Meli əmin edib ki, vitse-prezidentin planlarının dəyişdirilməsi koronavirusla əlaqəli deyil.

“Heç kim xəstələnməyib. Vitse-prezident şənbə günü və bazar ertəsi səfərləri etməyi planlaşdırır”, – O Meli bildirib.

Teleşirkətin məlumatına görə, Pens İndianapolisdə noyabrın 3-də nəzərdə tutulmuş ümumi seçkilərdə vaxtından əvvəl səs vermək fikrində olub.

Son xəbərlər
Digər xəbərlər