15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanılıb

faizlere

Floridada yerli sakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi öldürmək təhdidinə görə saxlanılıb.

“Miami Herald” nəşri xəbər verir ki, 39 yaşlı tibb bacısı, afroamerikalı Nivian Peti Felps həbsxanada olan əri üçün bir neçə video hazırlayıb. O, videolarda siyasətçini öldürməklə hədələyib, hətta sui-qəsd planının tarixini də açıqlayıb.

Felps həmçinin Harrisin afroamerikalı oması barədə şübhəsini ifadə edib.

Məhkəmə prosesində hakim 3 uşaq anası olan Felpsi cəmiyyət üçün təhlükəli hesab edib və onun istintaq altında olduğu müddətdə həbsi barədə qərar çıxarıb. Müqəssiri təqsirini etiraf edəcəyi təqdirdə beş illik həbs cəzası gözləyir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər