ABŞ-ın xəzinə istiqrazları qarşılığında dollar almaq mümkün olacaq

epa07852106 A view of the Federal Reserve Bank of New York in New York, New York, USA, 18 September 2019. The Federal Reserve Bank of New York, which is one of the 12 Federal Reserve Banks of the United States, purchased 53 billion US dollars of Treasury bonds and securities on a night earlier in an unusual effort to ease the strain on financial markets from a spike in the overnight lending rate. EPA-EFE/JUSTIN LANE

ABŞ Federal Ehtiyat Sistemi (FED) qlobal miqyasda dollara olan tələbi qarşılamaq və digər Mərkəzi Bankların da dolları sərbəst əldə edə bilməsini təmin etmək üçün “swap line” proqramının fəaliyyət miqyasını genişləndirib.

Bundan sonra mərkəzi banklar bu proqram çərçivəsində əllərindəki ABŞ xəzinə istiqrazları qarşılığında dollar ala biləcəklər.

Məlumata görə, “swap line” proqramı aprelin 6-da fəaliyyətə başlayacaq və 6 ay aktiv olacaq.

Xatırladaq ki, FED ilk dəfə Avropa, Yaponiya, Kanada, İsveçrə və İngiltərənin mərkəzi bankları ilə “swap line” xəttini qurmuş, daha sonra bu sistemə daxil edilən mərkəzi bankların sayı 14 çatdırılmışdı.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları