24 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın xəbərdarlığına rəğmən Çin Honkonqla bağlı qərarını verdi

Çin Xalq Nümayəndələri Yığıncağının (parlament) Pekində başlayan sessiyasının gündəliyinə “Honkonqun milli təhlükəsizliyi haqqında” qanun layihəsi təsdiqlənib.

Banker.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Çin bunu yerli hökumətin devrilməsinə, terrorizmə, kənardan müdaxiləyə şərait yaradan separatçı-təxribatçı fəaliyyətlərin qarşısının alınması məqsədi güddüyünü bildirir.

Bu qanın layihəsinə 2 878 səs leyihinə, bir nəfər bitərəf və altı nəfər əleyhinə səs verib.

Bu qərardan daha çox narahat olan Honqkonqdur. Belə ki, yerli əhali əmindir ki, Çinin məqsədi onların hüquq və azadlıqlarını aradan qaldırmaqdır.

Xatırladaq ki, Dövlət katibi Pompeo ötən gün Konqresə rəsmi şəkildə məlumat verib ki, Honkonqun artıq muxtariyyəti yoxdur və 1997-ci ildə bu ərazinin Britaniya tərəfindən Çinə təhvil verilməsi barədə razılaşmaya zidd olaraq müstəqil idarəçiliyini itirib.

ABŞ hesab edir ki, Çin artıq “Bir dövlət – iki sistem” prinsipinə əməl etmir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər