19 C
Baku
Wednesday, May 1, 2024

ABŞ-ın yeni 100 dollarlıq banknotu

ABŞ hökuməti dövriyyəyə yeni 100 dollarlıq banknotları buraxacaq. Yeni banknot köhnə ənənəvi yaşıl rəngini itirəcək və yeni təhlükəsizlik formalarına sahib olacaq.

100 dollarlıq bu yeni banknot 8 oktyabr 2013-cü ildən dövriyyəyə buraxılacaq. Köhnə banknotlara sahib olanların narahatlığına heç bir səbəb yoxdur: köhnə banknotlarda dövriyyədə qalacaq və onları yeniləri ilə əvəz etməyə ehtiyac olmayacaq. Həmçinin dövlət onları dövriyyədən geri çəkməyə də hazırlaşmır.

Franklin01

1. Yeni banknotun üzərində mavi, boz və narıncı rəngləri görmək mümkün olacaq. Bununla yanaşı, banknotun üzərində onun saxtalaşdırılmasına qarşı yaradılmış bir çox təhlükəsizlik formaları olacaq. Şəkildə: 100 dollarlıq banknotun gravür və çap bürosunda yoxlanması, Fort-Uert, Texas ştatı, 24 sentyabr 2013-cü il.

Franklin02

2. Yeni banknot iki yeni təhlükəsizlik formasına sahibdir: üç ölçülü qoruyucu lent və “mürəkkəb qabında zəng”. Bundan əlavə, əvvəlki təhlükəsizlik üsulları da qorunub saxlanmışdır.

Franklin03

3. Bütün yeniliklər banknotun istehsal dəyərini 11 sentdən 14 sentə artırmışdır. Lakin ABŞ-ın FES-i saxtalaşdırma halları ilə üzləşdiyi üçün bu xərclərə getməlidir. Şəkildə: 100 dollarlıq banknotun gravür və çap bürosunda çapı, Fort-Uert, Texas ştatı, 24 sentyabr 2013-cü il.

Franklin04

4. ABŞ hüquq-mühafizə orqanlarının fikirlərinə əsasən, saxta banknotların istehsalı Şimali Koreyada cəmlənmişdir. Saxta banknotları adi gözlə həqiqi banknotdan ayırd etmək mümkün deyil və professional ekspertiza tələb edilir. ABŞ valyutasının təmizliyinə nəzarət edən agentliyin məlumatlarına əsasən, dövriyyədə saxta banknotların sayı çox deyildir. Lakin ölkəyə belə saxta banknotların gətirilməsi davam edir.

Franklin05

5. Həmçinin bildirilir ki, ABŞ banknotların dövriyyəsinə münasibətdə bütün banknotların müstəqil dövriyyəsini təklif edir. Burada köhnə və yeni banknot qanuni ödəmə vasitəsi olaraq qalacaq.

Franklin06

6. Səfirlikdən bildirilir: “Bu siyasət 1914-cü ildən bu günə qədər buraxılan istənilən nominalda olan banknota daxildir”. 100 dollarlıq banknot 1969-cu ildən bu günə qədər ABŞ-ın ən yüksək nominallı banknotu hesab edilir. İlk dəfə onlar 1862-ci ildə buraxılmışdı.

Franklin07

7. Fort-Werte-də çap edilən yeni formalı bu 100 dollarda kiçik ölçüdə FW yazısı da yer alacaq. Əgər banknotun üzərində bu yazı olmasa demək Vaşinqtonda çap edilib.

Franklin08

8. Gravür və çap bürosunda 100 dollarlıq banknot vərəqləri, Texas, ABŞ, 24 sentyabr 2013-cü il.

Franklin09

9. Hazırda amerikan dolları dünyada ən geniş yayılmış valyutadır. Hazırda dövriyyədə nağd olaraq 1,18 trilyon dollar vardır. Son 5 ildə dövriyyədə olan dollarların həcmi 42% artmışdır. Buna baxmayaraq, ABŞ-da pul dövriyyəsinin məbləği ÜDM-un 7%-ni təşkil edir.

Ən populyar banknot isə 100 dollardır. Rəsmi məlumatlara əsasən, 100 dollarların üçdə iki hissəsi Birləşmiş Ştatların sərhədlərindən kənarda dövriyyədədir. 2012-ci ilin sonunda çap edilmiş 100 dollarların həcmi 863 milyard dollara bərabər idi. Daha doğrusu, dövriyyədə 8,63 milyard 100 dollarlıq banknot var idi.

2010-cu ildə ilk dəfə 100 dollar 1 dollardan çox çap edildi. Nağd dollarlara böhranla üzləşən kasıb ölkələrdə daha çox tələbat vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər