12 C
Baku
Cümə, Dekabr 3, 2021

ABŞ indeksləri FED-in qərarı fonunda maksimumu yeniləyib

ABŞ-ın aparıcı indeksləri ardıcıl olaraq dörd gündür maksimumu yeniləyir. Xatırladaq ki, dünən FED baza dərəcəsini illik 0-0.25% səviyyəsində saxlayıb.

Banker.az xəbər verir ki, Amerika indekslərinin göstəriciləri:

– “Dow Jones Industrial Average” – 36 157.58 bənd (+0.3%);

– “S&P 500” – 4660.57 bənd (+0.7%);

– “Nasdaq Composite” – 15 811.58 bənd (+1%).

FED aktivlərin geri alınması üçün stimullaşdırma proqramını ayda ən azı 120 milyard dollar həcmində geri satınalma ilə 15 milyard dollar azaltmaq niyyətindədir. Uçot dərəcəsi eyni səviyyədə qalsa da, analitiklər tənzimləyicinin kəmiyyət yumşaltma proqramının başa çatmasında sonra onu artırmağa başlayacağını gözləyirlər.

Son xəbərlər
Oxşar xəbərlər
X