13 C
Baku
Saturday, October 26, 2024

ABŞ inhisarçılığa görə “Visa”nı məhkəməyə verməyə hazırlaşır

ABŞ-ın antiinhisar orqanları “Visa”nın debet kartları bazarında qanunsuz inhisarçılıq iddialarına görə ödəniş sisteminə qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” və “Politico” öz mənbələrinə istinadən ictimaiyyətə yayımlayıb.

Şirkət anti-rəqabət tədbirlərində ittiham olunur: məsələn, rəqiblərin bazarda onun dominantlığını mübahisələndirməsinə mane olmaq üçün eksklüziv razılaşmalar bağlayaraq rəqiblərin genişlənməsinin qarşısını almaq və texnologiya şirkətlərinin bazara daxil olmaq cəhdlərinə mane olmaqda şübhəli bilinir.

“Visa”nın biznes təcrübələrinin araşdırılması 2021-ci ildə maliyyə texnologiyaları infrastruktur sahəsində fəaliyyət göstərən “Plaid Inc.” şirkətini satın almaq cəhdindən sonra başlamışdı. O zaman ABŞ Ədliyyə Nazirliyi razılaşmanı mübahisələndirən iddia qaldırmış və nəticədə bu saziş baş tutmamışdı.

Ötən il “Visa” kart məlumatlarının təhlükəsizliyini artırmaq üçün bank kartlarının məxfi məlumatlarını xüsusi anonim ekvivalenta (token) dəyişdirən tokenizasiya texnologiyası ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin diqqətini cəlb etmişdi. Nazirliyin narahatlığı “Visa”nın bu texnologiyadan istifadə etməyən pərakəndə satıcılardan ödəniş tələb etməsi ilə bağlı idi.

Ötən il “Visa”nın rəqibi “Mastercard” öz tokenizasiya texnologiyası ilə bağlı mübahisəni ABŞ Federal Ticarət Komissiyası (FTK) ilə həll etmişdi. Ödəniş sistemi də pərakəndə satıcıları tokenizasiya texnologiyasından istifadə etməyə məcbur edirdi, lakin FTK-nın tələbinə görə, o, rəqib sistemlərə müştərilərin kart məlumatları ilə bağlı məlumatları təqdim etməyə başlamışdı.

Son xəbərlər
Digər xəbərlər