13 C
Baku
Friday, November 22, 2024

ABŞ iqtisadi tənəzzüldən qaça biləcəkmi?

Moody’s-in baş iqtisadçısı Mark Zandi də daxil olmaqla bir sıra iqtisadçılar ABŞ-ın mümkün tənəzzüldən qaça biləcəyinə inanırlar. Zandi, Fed-in Covid-19 və Ukrayna müharibəsinin ən pis iqtisadi təsirlərinin bitdiyini nəzərə alaraq iqtisadiyyatı tənəzzülə sürükləmədən onu sərtləşdirə biləcəyi qənaətindədir.

Banker.az xəbər verir ki, “Goldman Sachs Group Inc.” İdarə Heyətinin sədri Lloyd Blankfein, cümə günü paylaşdığı tvitində bədbinliyin həddən artıq artdığını, lakin iqtisadiyyatın riskli dövrlərdə belə yumşaq eniş edə biləcəyini ifadə edib. ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers də FED-in atdığı addımların artıq iqtisadiyyata təsir göstərməyə başladığını, işçi çatışmazlığının azaldığını, ehtiyatların isə artdığını qeyd edib.

Qeyd edək ki, keçmiş Fed rəsmisi və “Deutsche Bank”ın iqtisadçısı Peter Huper tənəzzül proqnozunu ilk ortaya atanlardan biri olub. Gələn il ABŞ-ın tənəzzülə uğrama ehtimalının 70%-dən çox olduğunu deyən Huper hələ də bu vəziyyətin qarşısını almaq üçün ssenarilərin olduğuna inanır.

ABŞ-ın ticarət naziri Gina Raimondo inflyasiyanı cilovlamaq üçün bəzi məhsullar üzrə tarifləri aradan qaldırmağın “məntiqli ola biləcəyini” deyib. Raimondo amerikalı işçiləri qorumaq üçün polad və alüminium tariflərini saxlamağa qərar verdiklərini bildirib.

Hazırda Ağ Ev rəhbərliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çinə tətbiq etdiyi təxminən $300 mlrd.-lıq tariflər ilə bağlı nə edilə biləcəyini dəyərləndirir.

Son xəbərlər
Digər xəbərlər