27 C
Baku
Saturday, July 27, 2024

ABŞ iqtisadiyyatı fevral ayından tənəzzüldədir

ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) ölkə iqtisadiyyatının cari ilin fevral ayından etibarən tənəzzüldə olduğunu açıqlayıb.

COVID-19 pandemiyası və səhiyyənin baş verən hadisələrə cavab addımları dinamikanın azalmasına səbəb olub. NBER-ə görə, sözügedən ressesiya ABŞ-da 128 ay davam edən ardıcıl iqtisadı artımı dayandırıb.

Qeyd edək ki, bu ilin I rübündə ABŞ iqtisadiyyatı 5% azalıb, apreldə işsizlik səviyyəsi 14,7%-ə yüksəlib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər