10 C
Baku
Cümə, Oktyabr 29, 2021

ABŞ iqtisadiyyatı rüblük 38% kiçilə bilər

Bu ilin II rübündə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ABŞ iqtisadiyyatı I rübə nisbətən 37,7% kiçilə bilər.

Bu barədə ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) açıqlamasında bildirilir.

Açıqlamada həmçinin bu ilin III və IV rüblərində ABŞ iqtisadiyyatının müvafiq olaraq 21,5% və 10,4% böyüyəcəyi, ümumilikdə isə 2020-ci il üzrə 5,6% kiçiləcəyi, gələn il isə 4,2% böyüyəcəyi qeyd olunub.

ABŞ-da işsizlik səviyyəsinin bu il 11,5%, gələn il isə 9,3% səviyyəsində olması proqnozlaşdırılır.

Federal büdcə kəsirinin isə bu il 2,1 trilyon ABŞ dollar,ı gələn il isə 600 milyard dollar artması gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər