6 C
Baku
Monday, December 16, 2024

ABŞ iqtisadiyyatı “şatdaun” nəticəsində azı 11 milyard dollar itirib

Məlum olduğu kimi, keçən həftə Prezident Tramp və demokratların liderləri hökumətin işinin müvəqqəti bərpa olunması barədə razılığa gəliblər. Şautdaunun dayandırılması sərhəd divarı ucaldılması üçün vəsait ayrılması məsələsinə dair danışıqların davam edəcəyi 3 həftə müddətində qüvvədə olacaq.

Banker.az bildirir ki, yanvarın 28-də ABŞ Konqresinin büdcə idarəsi şatdaun nəticəsində ABŞ iqtisadiyyatına üz vermiş ümumi itkilər barədə hesabat dərc edib. Sənəddə qeyd edilir ki, hökumətin işinin qismən dayandırılması nəticəsində federal xərclər 18 milyard dollar artıb və bəzi federal xidmətlər dayandırılıb. Beləliklə, 2019-cu ilin birinci rübündə proqnozlaşdırılan real ÜDM səviyyəsi 8 milyard dollar və ya ABŞ ÜDM-nin 0,2 faizi qədər azalıb.

Məruzə müəllifləri bildirirlər ki, 2018-ci ilin dördüncü rübündə iqtisadi fəallığın azalması nəticəsində real ÜDM 3 milyard dollar azalıb, 2019-cu ilin birinci rübündə isə real ÜDM-in əvvəlki proqnozlarla müqayisədə 8 milyard dollar aşağı olacağı gözlənilir. Hesabat müəlliflərinin fikrincə, cari ilin sonrakı rüblərində də şatdaunun iqtisadiyyata mənfi təsiri davam edəcək. Məruzədə deyilir ki, hökumət idarələrinin işinin dayandırılması iqtisadi fəallığı azaldıb. Bu, əsasən onunla bağlıdır ki, federal işçilərin ÜDM-ə töhfəsi azalıb, əmtəə və xidmətlərlə bağlı federal xərclər artıb, məcmu tələbat azalıb. Bundan əlavə, şatdaunun iqtisadiyyata elə dolayı təsirləri var ki, onları rəqəmlərlə təsvir etmək mümkün deyil. Məsələn, bəzi müəssisələr federal səviyyədə icazə və sertifikatlar ala bilməyib, digərləri federal hökumət tərəfindən verilən kreditləri almaqda məhdudiyyətlərlə üzləşib və nəticədə həmin müəssisələrin iqtisadi fəallığı azalıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər