ABŞ-İran müharibəsi bu çərəzin qiymətini bahalaşdırdı

Dünya bazarlarında püstənin qiyməti son səkkiz ilin maksimumuna – hər funt (təxminən 0,454 qr) üçün 4,57 dollara (təxminən 7,76 AZN) çatıb.

Bu barədə “Bloomberg” nəşri “Expana Markets”ə istinadən məlumat yayıb.

Məlumata görə, çərəzin qiymətinin artması ABŞ-İran münaqişəsinin fonunda baş verib.

Bildirilir ki, püstə ixracında dünya ikincisi olan İran tədarük olunan məhsulun üçdə birini təmin edir. İranda 2025-ci ildə gözləniləndən az məhsul yığımı və daxili siyasi qeyri-sabitlik hələ münaqişədən əvvəl bu məhsulun qiymətində artıma səbəb olub. Məhsulun bahalaşmasına səbəb olan digər amil kimi içi püstəli Dubay şokoladının populyarlığının kəskin artması göstərilir.

Son xəbərlər
Digər xəbərlər