Amerika administrasiyası 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına daxil edib ki, onların versiyasına görə, İran neftinin ticarəti və daşınması ilə məşğul olublar.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdır.
“Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə əlaqələndirmədə İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən hər hansı şəxsə qarşı sanksiyaların tətbiqini başladacaq sərəncam verir”, – Blinken əlavə edib.
Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, BƏƏ, Malayziya, Panama, Liberiya, Surinam və Marşal Adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. Amerikanın qara siyahılarına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk Adaları, Palau, Panama, Sent-Kits və Nevis, San-Tome və Prinsipi, həmçinin Esvatini bayraqları altında olan gəmilər düşüb.