-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.

“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, – məlumatda deyilir.

Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan olunmasını nəzərdə tutur.

 

 

Son xəbərlər
Digər xəbərlər