ABŞ Maliyyə Nazirliyi üç fiziki və dörd hüquqi şəxsi Amerika malları və texnologiyalarının İrana ixracına görə İran üzrə sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ-nin Maliyyə Nazirliyi bəyanat yayıb.
“Bu gün ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 20-dən çox ABŞ şirkətinin İrandakı Mərkəzi Bankı da daxil olmaqla, yekun istehlakçılara mal və texnologiyanın qanunsuz ixracını asanlaşdıran satınalma şəbəkəsinə sanksiyalar tətbiq edib”, – ABŞ Xəzinədarlığının bəyanatında deyilir.
Sanksiyalara İrandan iki və BƏƏ-dən bir şəxs, həmçinin Vaşinqtonun məlumatına görə, İran Mərkəzi Bankı ilə əlaqəli olan İran, BƏƏ və Türkiyədəki şirkətlər daxildir.
Bildirilib ki, İran Mərkəzi Bankının aldığı mal və texnologiyalar arasında informasiya təhlükəsizliyi ilə bağlı predmetlər də olub.