Vaşinqton administrasiyası zərurət yaranarsa, İrana qarşı hərbi əməliyyatlar fonunda qlobal qiymətləri aşağı salmaq üçün strateji neft ehtiyatından neft satmağa başlaya bilər.
Bunu ABŞ-nin energetika naziri Kris Rayt bunu CBS telekanalının efirində bildirib.
“Amerikanın strateji neft ehtiyatında hələ də 400 milyon bareldən çox neft var. Əlbəttə ki, biz onu fəal şəkildə istehsal edirik”, – o qeyd edib.
“Lazım gələrsə, ondan istifadə etməkdən məmnunuq”, – Rayt strateji neft ehtiyatına toxunaraq əlavə edib.






