23 C
Baku
Wednesday, October 9, 2024

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi İranın bir sıra neft-kimya şirkətini, həmçinin 20 gəmisini sanksiya siyahısına əlavə edib.

Bu barədə maliyyə qurumunun yaydığı bəyanatda deyilir.

Məhdudlaşdırıcı tədbirlər Buşer neft-kimya şirkətinə, “Shiraz Petrochemical” neft-kimya şirkətinə, “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited” kimi Çin gəmiçilik şirkətlərinə, Vyetnamın neft-qaz şirkəti olan “Golden Lotus Oil Gas and Real Estate”ə, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən olan “Swedish Management” şirkətinə qarşı görülüb.

Artıq “qara siyahı”ya neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulan 20-yə yaxın tanker, Vyetnam, Çin, Panama, San-Tome və Prinsipi, Sent Vinsent və Qrenadinr, Toqo və Tuvalu bayraqları altında üzən quru yük gəmiləri daxildir.

Son xəbərlər
Digər xəbərlər