ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar siyahısına 10 fiziki şəxs, 24 şirkət və 20 gəmi daxil edilib.

Sanksiyalara məruz qalan şirkətlərin əksəriyyəti dəniz daşımaları sahəsində fəaliyyət göstərir. Siyahıya daxil edilən gəmilər arasında yük gəmiləri, konteynerdaşıyan gəmilər və kimyəvi maddələr daşıyan tankerlər var. Sanksiyalara, həmçinin ABŞ tərəfinin məlumatına əsasən Rusiya və İran vətəndaşlığına malik olan Tehranlı iş adamı Əli Rəhbərmədəni də daxil edilib.

Nazirliyin açıqlamasına görə, yeni sanksiyalar iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani tərəfindən təşkil olunan qanunsuz daşımalar şəbəkəsini dağıtmaq və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaq məqsədi daşıyır. ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib: “İran rejimi aldatma hesabına ayaqda qalır və Şamxaninin şəbəkəsi onun ən gəlirli mexanizmlərindən biridir”.

Qurumun məlumatına əsasən, bu şəbəkə ilə əlaqələrinə görə ABŞ artıq 200-dən çox fiziki şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar tətbiq edib. Yenilənmiş siyahıda İran, Rusiya, Danimarka, İtaliya, Hindistan və Böyük Britaniya vətəndaşları yer alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər