ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını yeniləyib. Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) siyahıya 14 yeni mövqe əlavə edib. Məhdudiyyətlər İran, Türkiyə və BƏƏ-dən olan fiziki şəxslər və təşkilatlara şamil olunub.

Xüsusilə, yenilənmiş siyahıya İranın “Mahan Air” aviaşirkəti ilə əlaqəli bir neçə şəxs, eləcə də şirkətə məxsus iki təyyarə — “Boeing 777-200ER” daxil edilib. Daha əvvəl Vaşinqton bu şirkəti SEPAH-la (İslam İnqilabı Keşikçiləri Korpusu) əlaqələrinə görə sanksiya siyahısına salmışdı.

Aprelin 21-i axşamı İran İslamabadda çərşənbə günü keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina etdiyini ABŞ-yə bildirib. İran tərəfinin görüşdən imtinasından sonra ABŞ prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını açıqlayıb. İran dövlət televiziyası (IRIB) isə ABŞ tərəfinin qərarını tanımadığını və öz qərarlarını müstəqil şəkildə qəbul etmək hüququnu saxladığını bildirib.

Son xəbərlər
Digər xəbərlər