12 C
Baku
Thursday, March 28, 2024

ABŞ İrana qarşı sanksiyaların aradan qaldırılması şərtlərini adlandırdı

Tehran danışıqlara başlamayana qədər Vaşinqton İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək niyyətində deyil.

Banker.az xəbər verir ki, bu haqda Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen məlumat verib.

Onun sözlərinə görə, Tehran ABŞ ilə danışıqlar aparmaq imtiyazını almaq üçün əvvəlcə bir şeydən imtina etməlidir.

Bununla yanaşı, prezidentin müşaviri qeyd edir ki, Tehranın açıqlamalarına baxmayaraq, İran hakimiyyəti tezlikdə danışıqlar masası arxasında əyləşəcək. Robert O’Brayen bunun əsas səbəbi kimi ölkədə davam edən etiraz aksiyalarını göstərir.

Buna cavab olaraq ABŞ-ın prezidenti Donald Tramp, İranın danışıqlara başlamasında maraqlı olmadığını bildirib. O, etirazçılara qarşı nüvə silahından istifadə etməyəcəyini vurğulayır.

Xatırladaq ki, yanvarın 12-də Pentaqon ABŞ-ın İranla danışıqlara başlamağa hazır olduğunu söyləmişdir. Qeyd edildiyi kimi, amerikan tərəfi general Qasım Süleymaninin qətlini ədalətli hesab edir.

Son xəbərlər
Digər xəbərlər