23 C
Baku
Friday, April 26, 2024

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyin şərtlərini açıqladı

ABŞ İrana münasibətdə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağın şərtləri açıqlayıb. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi olan Brian Hook bildirib ki, İranla yeni müqavilə bağlandığı halda ABŞ tərəfi sanksiyaları aradan qaldırmağa hazırdır.

Banker.az xəbər verir ki, “Yeni müqavilə nüvə, ballistik raketlər və insan hüquqları məsələlərini əhatə etməlidir”, – deyə Hook qeyd edib. Mütəxəssis əlavə olaraq bildirib ki, yalnız bu hala İrana qarşı tətbiq edilmiş sanksiyalar tam olaraq aradan qaldırılacaq və ölkələr arasındakı diplomatik münasibətlər davam etdiriləcək.

Hal-hazırda isə Hook vurğulayıb ki, Vaşinqton Tehrana iqtisadi təzyiqləri davam etdirir. ABŞ danışıqları mümkün hesab edir. “İran bizimlə necə əlaqə qura biləcəyini bilir”, – deyə xüsusi nümayəndə deyib.

23 iyunda ABŞ prezidenti Donald Tramp, İranla mümkün olan nüvə müqaviləsini müxtəlif formalarda bağlana biləcəyini bildirib. Buna baxmayaraq, müqavilənin əsas məqsədi İslam Respublikasının nüvə silahını əldə etməsinin qarşısının alınmasıdır.

21 iyunda prezidentin verdiyi məlumata görə, ABŞ İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları dayandırır. Bir gün sonra Tramp öz sözlərini təkzib edərək, hücumu müvəqqəti dayandırdığını bildirdi.

İki ölkə arasındakı münasibətlər 2018-ci ilin may ayında pozulub. Belə ki, qeyd edilmiş dövrdə Tramp İranla bağladığı nüvə razılaşmasından çıxdığını elan edərək, Tehrana qarşı 2015-ci ildə tətbiq etdiyi sanksiyaları bərpa edib.

Qeyd edək ki, ABŞ və İran arasındakı diplomatik münasibətlər artıq 1979-cu ildən kəsilib. İslam inqilabı dövründə Tehranda fəaliyyət göstərən ABŞ səfirliyi mühasirəyə alınıb, 52 amerikalı şəxs isə 444 gün ərzində girov saxlanılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər