8 C
Baku
Şənbə, Yanvar 22, 2022

ABŞ İrana qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər

“Yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı aparılan diplomatik danışıqlar uğursuz olarsa, ABŞ hökuməti İranın gəlir mənbələrini məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər görəcək”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqində deyib.

“Biz hesab edirik ki, diplomatiya nüvə böhranından qaçmağın ən yaxşı yoludur. Bununla belə, İranın nüvə proqramındakı hazırkı irəliləyişləri nəzərə alaraq, prezident öz köməkçilərinə diplomatiyanın nəticə verməyəcəyi təqdirdə başqa variantlara keçməli olacağımız ehtimalına hazırlaşmağı tapşırıb. Nəticədə bizim İranın gəlir gətirən sektorlarına əlavə məhdudiyyətlər tətbiq etmək üçün növbəti tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”, – deyə o, qeyd edib.

Ağ Evin sözçüsü əlavə təfərrüatları açıqlamaqdan imtina edib.

Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri hökumət və biznes nümayəndələri ilə məsləhətləşmələr aparmaq üçün gələn həftə Birləşmiş Ərəb Əmirliklərinə səfər etmək niyyətindədir. Görüşlər zamanı İranın ticarət əlaqələrinin müzakirəsi planlaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər