19.4 C
Baku
Tuesday, May 13, 2025

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib

ABŞ İranın nüvə proqramına görə ona qarşı yeni sanksiyalar elan edib. Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Tədbirlər iki ölkə arasında davam edən danışıqlara baxmayaraq tətbiq edilib.

“İran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməyə və nüvə silahlarının çatdırılması sistemlərinə tətbiq edilən ikili təyinatlı tədqiqat və təkmilləşdirmələr aparmağa davam edir”, – dövlət katibi Mark Rubio açıqlama verib.

Cənab Rubio əlavə edib ki, İran dünyada uranı 60 faiz saflığa qədər zənginləşdirən yeganə qeyri-nüvə ölkəsidir. Mayın 11-də Omanda ABŞ və İran arasında danışıqların dördüncü raundu başa çatıb. İran Xarici İşlər Nazirliyi danışıqların dördüncü raundunu “çətin, lakin bir-birini anlamaq üçün faydalı” adlandırıb. Yaxın vaxtlarda iki ölkə nümayəndələri arasında növbəti görüşün baş tutacağı bildirilib.

Son xəbərlər
Digər xəbərlər