20 C
Baku
Saturday, May 25, 2024

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

Bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.

O bildirib ki, bu, İranın İsrailə hücumuna cavab məqsədindən irəli gəlir.

Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər