12 C
Baku
Saturday, November 23, 2024

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ zəruri infrastruktur obyektlərinə kiberhücumlarda iştirak etdiyi iddia olunan İranın iki şirkətinə və bu ölkədən olan dörd şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun kiber komandanlığının rəhbəri də daxil olmaqla iki şirkət və dörd fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ Maliyyə Nazirliyi, onların Amerikanın 10-dan çox şirkətinə və dövlət qurumuna zərər vuran zərərli kiberaktivlikdə iştirakını iddia edir.

Öz növbəsində ABŞ Dövlət Departamenti bildirib ki, iddia edilən kiberhücumların məqsədləri üçüncü ölkələrdək şirkətlər də olub.

Maliyyə Nazirliyi hücumların İslam İnqilabı Keşikçiləri Korpusunun maraqları naminə həyata keçirildiyini iddia edir. ABŞ-nin maliyyə nazirinin müavini Brayan Nelsonun sözlərinə görə, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər Amerikada zəruri infrastrukturun sabitliyini pozmaq üçün koordinasiyalı, uzunmüddətli kampaniya keçiriblər.

Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması, Amerika vətəndaşlarına və şirkətlərinə sanksiyalara məruz qalanlarla iş aparmağı qadağan etmək deməkdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər