ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni hərbi zərbələr seriyasına başlayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyatlar Şərq vaxtı ilə saat 06:00-da başlayıb. CENTCOM bildirib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar üçün istifadə etdiyi hərbi imkanlarını daha da zəiflətməkdir.
İyulun 15-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ Silahlı Qüvvələri İran ərazisinə hücumları dayandırmayana qədər Hörmüz boğazı bağlı qalacaq. ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun İrana qarşı hücumlarının yalnız özü “bəsdir” deyəcəyi zaman dayandırılacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin dəfələrlə endirdiyi zərbələrdən sonra İran Silahlı Qüvvələrinin imkanları “çox aşağı səviyyəyə” enib.







