Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsində bildirib.
“CENTCOM bu həftə İrana üçüncü zərbələr seriyasını tamamladı”, – paylaşımda deyilir.
Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.
Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.







