12 C
Baku
Saturday, November 23, 2024

ABŞ İrana xəbərdarlıq edib, BMT TŞ-ni təcili hərəkət etməyə çağırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili hərəkət etməyə çağırıb.

ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək”.

ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, husilər dekabrın 31-də Qırımızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.

Son xəbərlər
Digər xəbərlər