23 C
Baku
Tuesday, May 28, 2024

ABŞ İranda sanksiyalar tətbiq etməyə hazırdır – Rusiyaya təhlükəli silahlar ötürdüyü üçün

ABŞ İranın Rusiyaya təhlükəli silah ötürməsinin qarşısını almaq üçün müttəfiqləri ilə işləməyə və məhdudlaşdırıcı tədbirlər görməyə hazırdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Biz Rusiyaya təhlükəli silahların ötürülməsinin qarşısını almaq üçün müttəfiqlər və tərəfdaşlarla işləməyə sadiqik. Biz bu çatdırılmalarda iştirak edən bütün şəxslərə qarşı sanksiyalar və digər alətlər tətbiq etməkdən çəkinməyəcəyik”-deyə, məlumatda vurğulanıb.

ABŞ XİN əlavə edib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik, o cümlədən hava hücumundan müdafiə sahəsində yardımı artırmağa davam edəcək ki, Ukrayna özünü bu cür silahlardan müdafiə edə bilsin.

Qeyd edək ki, Avropa İttifaqı bildirib ki, İran beynəlxalq qanunlara zidd olaraq Ukraynanı işğal etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket sistemləri verib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər