10 C
Baku
Thursday, December 12, 2024

ABŞ İrandan Çinə mal çatdıran iki şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ hakimiyyəti İran Müdafiə Nazirliyinin maraqları naminə Çinə mal çatdıran iki şirkətə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Söhbət Honq-Konq və Marşal adalarında qeydiyyatdan keçmiş “Kohana” və “Iridescent” şirkətlərindən gedir.

Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb.

Bəyanatda iddia olunur ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar Rusiyaya və ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən qruplara silah verir.

Son xəbərlər
Digər xəbərlər