16 C
Baku
Thursday, March 28, 2024

ABŞ İranı necə “boğacaq”?

Ötən il İran neftinin ixracına sanksiyalar tətbiq olunub və son zamanlarda onlar neft-kimya məhsullarının ixracına da toxunublar.

İndi ABŞ ölkənin qaz sektoruna münasibətdə tədbirlərini daha çox sərtləşdirərək, İslam Respublikasına qarşı sanksiyaların növbəti mərhələsini həyata keçirmək istəyir. Ehtimal edildiyi kimi, İranın energetika ixracından əldə etdiyi gəlir 14 milyard dolları aşmamalıdır, bu haqda ölkənin Neft Nazirliyi ilə əməkdaşlıq edən yüksək rütbəli mənbə xəbər verib.

“Tehranda mövcud rejimi devirmək üçün, əhalinin narazılığını artırmaq lazımdır, burada əsas məqsəd humanitar fəlakət deyil”, – deyə nümayəndə əlavə edib.

Hal-hazırda İranın maliyyə vəziyyəti açıq-aydın səbəblərdən get-gedə pisləşməyə doğru gedir. İran büdcəyə 54,1 dollar qiymətinə 1,54 milyon barel neft və qaz kondensatını qoyub. Bunu təsəvvür etmək belə çətindir. ABŞ-ın İrana qarşı ən sərt sanksiyaları tətbiq edəcəyini ehtimal etsək, neft ixracı may ayında  gündə 400 min barelə düşür. Bu, aprel ayı ilə müqayisədə demək olar ki, yarısı qədər azdır.

Bu yaxınlarda Tehran İraq ilə neft ixracına dair yeni müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, İran nefti İraqın neft marşrutları vasitəsilə “İraq nefti” adı altında nəql edilməlidir. Eyni zamanda, digər yerlərdə İran öz neftini böyük endirimlə təqdim etməlidir. Bu endirim rəsmi satış qiymətindən 22-25% az olacaq.

Sanksiyalardan əvvəl, ötən ilin ikinci yarısında İranın büdcəsinə 30 milyard dollar gəlir qoyulub. Onlardan təxminən 24 milyardı hökumətin büdcəsinə, digər hissəsi isə Milli İnkişaf fonduna köçürülüb.

Qeyd etmək lazımdır ki, ABŞ İranın qaz sektoruna da qarşı sanksiyaları tətbiq etməyi planlayır. Lakin bu tədbirlər ABŞ-ın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə olan münasibətlərin pisləşməsi təhlükəsi səbəbindən təxirə salına bilər. Avropa İttifaqı sanksiyalara qarşı çıxmağa davam edəcəkdir. Bu, ABŞ-ın Rusiyadan daha ucuz qaz almaq üçün Aİ-nin planlarına müdaxilə etməyə cəhd göstərdiyi bir zamanda baş verir.

ABŞ Avropanı daha bahalı yanacaq almağa və İrana münasibətdə tətbiq edilən sanksiyaları gözləməyə məcbur etməyə çalışır, Aİ ölkələri bununla razı deyillər.

ABŞ ehtiyat edir ki, İrana məxsus olan  milyardlarla dolları Avropa kanalları vasitəsilə ala biləcək. Və bu qorxuların əsası var.

“Uzun müddət ərzində Türkiyənin Halkbank və Almaniyanın  Europäisch-Iranische Handelsbank neft satışı üçün pul alan və İrana geri qaytaran əsas mərkəzlər olub. Cari ilin əvvəlində Almaniya bu sistemə Commerzbank və Oberbank banklarının qoşulması barədə İrana məlumat verib.  Problem ondan ibarətdir ki, İran FATF-ya qoşulmaqdan imtina edir”, – İran mənbəsi qeyd edib.

Digər variantlardan biri də ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasıdır.

“Əgər ehtiyac yaranarsa, ABŞ 90% olaraq hərbi əməliyyatlara hazırdır”.

Yalançı və ya real olan bütün mübahisələr, hərbi əməliyyatlara çevrilə bilər.

 

Son xəbərlər
Digər xəbərlər