16 C
Baku
Thursday, March 28, 2024

ABŞ İranın nüvə proqramı ilə əlaqədar olaraq Avropanı avtomobil rüsumları ilə hədələyir

ABŞ İranın nüvə proqramı ilə əlaqədar olaraq Avropanı avtomobil rüsumları ilə hədələyir. Donald Tramp Böyük Britaniya, Fransa və Almaniya İranı rəsmi olaraq 2015-ci il nüvə sazişini pozmaqda ittiham etmədiyi təqdirdə, Avropa avtomobillərinin idxalına 25%-lik rüsum tətbiq edəcəyini bildirib.

Banker.az “Vesti.Ekonomika”ya istinadən xəbər verir ki,  bu üç ölkə İranı 2015-ci il nüvə sazişini pozmaqda günahlandırıblar. Buna baxmayaraq, Avropa ölkələri Tehran ilə bağlanmış nüvə sazişinin uğurlu olacağına inanır və Tramp administrasiyasının İrana qarşı irəli sürdüyü “maksimal təzyiq” kampaniyasına qoşulmaqdan imtina etdiyini bildirir.

İran Almaniya, İngiltərə və Fransanın bu addımını “siyasi baxımından strateji səhv” kimi qiymətləndirib.

Xatırladaq ki, 2019-cu il mayın 8-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani, nüvə proqramını bərpa etdiyini bildirmişdir. Bunun əsas səbəbi Vaşinqtonun 2018-ci ildə nüvə sazişindən çıxdığını elan etməsi olub.

Son xəbərlər
Digər xəbərlər