7 C
Baku
Thursday, December 12, 2024

ABŞ İranın təzyiqlərə cavab vermədiyi reallığını dərk etməlidir – Pezeşkian

ABŞ İranın təzyiqlərə heç vaxt cavab vermədiyi reallığını dərk etməlidir.

Bunu İranın yeni seçilən prezidenti Məsud Pezeşkian dünya ictimaiyyətinə ünvanladığı müraciətdə bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə İran xoşməramlılıq nümayiş etdirərək, Hərtərəfli Birgə Fəaliyyət Planına daxil olub və bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Lakin Birləşmiş Ştatlar qanunsuz olaraq anlaşmadan çıxıb və birtərəfli qaydada sanksiyalar tətbiq edərək, İranın iqtisadiyyatına yüz milyardlarla dollar dəyərində ziyan vurub.

“Bir daha qeyd etməliyəm ki, İranın müdafiə doktrinasında nüvə silahlarının düzəldilməsinə yer yoxdur. Birləşmiş Ştatları buna uyğun şəkildə yeni siyasət yürütməyə dəvət edirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən həmin ilin İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.

Son xəbərlər
Digər xəbərlər