-1 C
Baku
Thursday, February 9, 2023

ABŞ İranın yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq etdi

ABŞ İranın Radio və Televiziya Korporasiyasında (İRİB) çalışan 3 yüksək vəzifəli məmur və 2 jurnalistə sanksiya tətbiq edib.

Bunu  ABŞ Maliyyə Nazirliyi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd olunub ki, həmin şəxslərin sanksiya siyahısına daxil edilməsinə səbəb onların insanlardan “təzyiq və senzura aləti” kimi istifadə etməsidir.

Belə ki, həmin şəxslər İrandakı etirazlarda həlak olanların yaxınlarına onların etirazlarda öldürülmədiyini, müxtəlif səbəblərdən vəfat etdiklərini deməyə məcbur olublar.

Bəyanatda ABŞ-ın İranda dinc etirazları dəstəkləməyə davam edəcəyi və İran hökumətini insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb edəcəyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər
X