28 C
Baku
Wednesday, June 25, 2025

ABŞ İranla hərtərəfli sülh sazişi bağlaya bilər

ABŞ prezidentinin xüsusi elçisi Steven Uiitkoff Vaşinqtonun Tehranla hərtərəfli sülh sazişi bağlaya biləcəyinə əmin olduğunu bildirib. O, bu barədə “Fox News”a müsahibəsində bildirib.

Cənab Uitkoff həmçinin əlavə edib ki, Vaşinqton mümkün razılaşmanın şərtlərinə əsasən Tehrana uranı zənginləşdirməyə icazə vermək niyyətində deyil. “Xeyr. Onlara zənginləşdirmə lazım deyil”, – Uitkoff bildirib.

İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, 6 saatdan sonra atəşkəs qüvvəyə minməli, 24 saatdan sonra isə “müharibənin rəsmi başa çatdığını” elan etmək olar. Daha sonra o, hər iki tərəfin atəşkəsi pozmasına aydınlıq gətirib.

Son xəbərlər
Digər xəbərlər