Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasına daha yaxındır.
Bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.
“Zoom” proqramı vasitəsi ilə jurnalistlərə açıqlama verən Kiribi ölkənin xarici siyasət gündəmini dəyərləndirib.
O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” barədə açıqlamasına münasibət bildirib.
“İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”,- deyə Kirbi bildirib.
Kirbi əlavə edib ki, ABŞ-ın nüvə sazişi ilə bağlı fikirlərlə bağlı İrana cavabı nə Avropa İttifaqından (Aİ) nə də İrandan hələlik cavab almayıb.