ABŞ İsrailə güclü dəstək vəd edib.
Bu barədə ölkə prezidenti Cozef Bayden yəhudilərin Hanuka bayramı ilə bağlı çıxışında deyib.
O bildirib ki, İsrail HƏMAS-dan tam xilas olana qədər ABŞ yardımı davam etdirəcək: “Lakin həm biz, həm də onlar diqqətli olmalıdır”.
C.Baydenin sözlərinə görə, bütün dünyanın ictimai rəyi bir gecədə dəyişə bilər: “Biz buna icazə verə bilmərik”.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.