16 C
Baku
Thursday, May 2, 2024

ABŞ İsrailin bağışladığı “Dəmir günbəz”i sınaqdan keçirib

ABŞ İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemini (RMS) sınaqdan keçirib.

Bu barədə “Breaking Defence” məlumat verib.

“Rafael” şirkətinin qurğusu Uayt-Sends poliqonunda hədəfi uğurla dəf edib.

İstehsalçının press-relizində ABŞ ordusunun “Dəmir günbəz”i müxtəlif hədəflərə qarşı istifadə etdiyi və müxtəlif məsafələrdən hədəfləri ələ keçirdiyi qeyd edilir.

İsrailin Raketdən Müdafiə Təşkilatının rəhbəri Moşe Patel “Dəmir günbəz”in bütün hədəfləri ələ keçirdiyini və ABŞ sistemləri ilə uyğunlaşdığını bildirib. Eyni zamanda bu, artıq ABŞ hərbçiləri tərəfindən bu sistemin ikinci sınağı idi.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər