16 C
Baku
Monday, April 29, 2024

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”.

Bunu köşə yazarı Edelberto Lopez Blanç “Rebelion” nəşri üçün yazdığı məqalədə iddia edib.

Onun fikrincə, Venesuelada yanacaq istehsalına ölkə hökuməti nəzarət edir və bu, ABŞ-ı qane etmir.

Blanç iddia edir ki, Karakasın 25 ildir müstəqil siyasət yeritməsinbeynəlxalq şirkətləri və yataqlardan istifadə edə bilməyən ABŞ hökumətini qıcıqlandırıb.

Müəllif vurğulayıb ki, Venesuela Vahid Sosialist Partiyasının birinci vitse-prezidenti Diosdado Kabello daha əvvəl ABŞ-ın Karakasa tətbiq etdiyi sanksiyaların “ölkənin neft sərvətlərini ələ keçirmək” məqsədi daşıdığını bəyan edib.

Bundan əvvəl Venesuela hakimiyyəti və müxalifəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Latın Amerikası ölkəsinin neftini ələ keçirmək niyyətinin kifayət qədər mümkün olduğunu iddia edən bəyanatını yekdilliklə pisləyib.

ABŞ-da çıxış edən Tramp prezident postunu tərk edərkən Venesuelanın iflas ərəfəsində olduğunu bildirib. Trampın fikrincə, bu, Vaşinqtona bütün Venesuela neftini ələ keçirməyə və özündə saxlamağa imkan verə bilərdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər