8 C
Baku
Monday, November 18, 2024

ABŞ, istefa verməsi müqabilində Maduronu əfv etməyə hazırdır – WSJ

Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu əfv etmək müqabilində hakimiyyətdən əl çəkməyə məcbur etməyə çalışır.

Bu barədə avqustun 11-də “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzetin mənbələrinə görə, ABŞ Maduroya və onun baş köməkçilərinə əfv təklif edib. Nəşr xatırladıb ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə Venesuela liderini ABŞ-ı kokainlə doldurmaq üçün müttəfiqlərlə sövdələşmədə ittiham edib.

Bundan bqşa ABŞ rəsmiləri Maduronun həbsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar mükafat təklif edib.

Materialın müəllifləri iddia edirlər ki, əfvlə bağlı danışıqlar Venesuela Konqresinin sədri Xorxe Rodriqes və ABŞ Milli Təhlükəsizlik Şurasında (MTŞ) Venesuela siyasətinin rəhbəri Daniel P. Erikson arasında aparılıb.

MTŞ-nin sözçüsü isə Karakasla danışıqlar barədə qəzetə şərh verməkdən imtina edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər