9 C
Baku
Thursday, December 12, 2024

ABŞ iyunda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin iyununda may ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) məlumatına görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 41 min barel və ya 0.4% artaraq, 9.332 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər