7 C
Baku
Thursday, December 12, 2024

ABŞ “Johnson & Johnson” peyvəndindən imtina edib

ABŞ-da “Johnson & Johnson” (J&J) şirkətinin koronavirusa qarşı peyvəndindən istifadə məhdudlaşdırılıb.

Buna səbəb istifadədən sonra bəzi insanlarda qan laxtalanması riskinin artmasıdır.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti yanında Qida və Dərman İdarəsi tərəfindən yayılan məlumata görə, tənzimləyici orqan bu birkomponentli peyvənd üçün təsdiqlənmiş mətni təcili olaraq dəyişdirib.

Yeni təlimatlara əsasən vaksin seçimi zamanı vətəndaşa bu peyvəddən istifadəyə icazə verilməyəcək.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) qeydlərinə görə, ölkədə indiyədək 18,7 milyon insana “J&J” COVID-19 peyvəndi vurulub.

Peyvənd ABŞ-da 2021-ci ilin fevral ayının sonlarında qeydiyyata alınmışdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər