10 C
Baku
Monday, November 18, 2024

ABŞ kəşfiyyatı: “Rusiya Ukraynada mövcud hərbi texnikasının 10 faizini itirib”

“Rusiya qoşunları mövcud hərbi texnikasının 10 faizini Ukraynada itirib”.

“RBK-Ukraina” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatının hesabatına əsas məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirdiyi iki həftə ərzində fəaliyyətdə olan hərbi texnbikasını 8 faizdən 10 faizədək itirib. Hazırda bu texnika ya məhv edilib, ya da yarasız hala gətirilib. Bildirilib ki, itirilən texnikaya tank, təyyarə, artilleriya və başqa hərbi əmlak daxildir. Məlumata görə, bu, ötən həftki itkidən iki dəfə çoxdur. Kəşfiyyatın məlumatına görə, Rusiya ötən həftə hərbi texnikasının 3-5 faizini itirmişdi.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya Ukrayna hərbi gücünü təxminən 100 faizindən istifadə edir.

Son xəbərlər
Digər xəbərlər