ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.
“Birləşmiş Ştatlar Belarusdan kalium gübrələrinin alınması üzrə böyük bir razılaşma üzərində işləyir. Qiymət hazırda Kanadaya ödədiyimizdən əhəmiyyətli dərəcədə aşağı olacaq, bu da fermerlərimiz və ranço sahiblərimiz üçün çox yaxşı xəbərdir”, – o yazıb.
Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Vaşinqtonla sanksiyaların gələcəkdə ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını və Belarus kalium gübrələrinin tədarükünü əhatə edə biləcək böyük razılaşmaya hazırdır.







