ABŞ, Kanada və Meksika arasında üçtərəfli yeni ticarət sazişi imzalanıb.
Banker.az “Report”ə i istinadən xəbər verir ki, sazişi ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Tryudo və Meksika prezidenti Enrike Penya Nyeto imzalayıblar.
İmzalanma mərasimi Böyük 20-lik (G20) ölkələrinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sammitində baş tutub.
Sənəd Şimali Amerika Azad Ticarət Zonası ilə bağlı sazişi əvəz edəcək.