ABŞ Prezidenti Donald Tramp Kanada mallarına rüsumları daha 10% artırmaq qərarına gəldiyini açıqlayıb.
Bu barədə o öz “Truth” hesabında məlumat verib.
“Onların ciddi yanlış təqdimatları və düşmənçilik hərəkətləri səbəbindən mən Kanadaya rüsumları hazırda ödədikləri məbləğdən 10% çox artırıram”, – o bildirib.
Tramp qeyd edib ki, Kanada hakimiyyəti ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın rüsumları tənqid etdiyi və azad ticarət prinsiplərini müdafiə etdiyi çıxışından parçaları özündə əks etdirən reklam videosunun ABŞ-də yayımlanmasını sifariş edib.








